Ekspert: Türkiyənin BRICS-ə daxil olması böyük fayda ilə yanaşı, potensial risklər daşıyır

11:02 - 3.09.2024


3 sentyabr, Fineko/abc.az. Türkiyənin BRICS-ə üzvlüyü ona əhəmiyyətli fayda verə bilər, eyni zamanda Qərb birlikləri daxilində təcrid riski daşıyır.

ABC.AZ xəbər verir ki, bunu, Türkiyə Beynəlxalq Siyasət Akademiyasının təsisçisi, İstanbulun “Kent” Universitetinin dosenti Ozan Ormeci deyir.

"Belə ki, BRICS ölkələri ilə ticarət və turizmi inkişaf etdirmək, birgə layihələr həyata keçirmək və Qərblə tarazlıq yaratmaq mümkündür. Çünki ABŞ və Avropa İttifaqı Türkiyəsiz bir çox məsələləri, xüsusən də qanunsuz miqrasiyaya qarşı mübarizəni, Suriya məsələsini həll etmək daha çətindir. Bununla yanaşı, başqa bir ehtimal da var - Türkiyə NATO və AB sistemləri daxilində "oxun yerdəyişməsi" ilə bağlı müzakirələr kontekstində daha da təcrid oluna bilər [BRICS - ə mümkün üzvlüyə görə]" deyə ekspert hesab edir.

Bununla bağlı risklərin "Türkiyəyə gələn qərb investisiyaları ilə bağlı müxtəlif problemlər, turizm gəlirləri və ən əsası Türkiyənin F-16 və ya Eurofighter qırıcılarının mümkün tədarükü kimi strateji addımlarının həyata keçirilməsi" ilə bağlı ola biləcəyini bildirib.

Ekspert qeyd edir ki, BRİKS-ə daxil olmaq Türkiyənin enerji maraqlarına da uyğundur. "BRICS birliyinə həm enerji resursları istehsal edən ölkələr - Rusiya, İran, Səudiyyə Ərəbistanı, BƏƏ və irəlidə ehtimal ki, Azərbaycan, həm də istehlakçı ölkələr daxildir. Beləliklə, BRICS-ə qoşulma Ankaranın bölgənin enerji mərkəzinə çevrilmə strategiyasına uyğundur", - deyə o qeyd edib.