Türkiyə də BRICS-ə üzv olmaq istəyir

14:57 - 2.09.2024


2 sentyabr, Fineko/abc.az. Türkiyə BRICS-ə üzv olmaq üçün müraciət edib.

ABC.AZ xarici mediaya istinadən xəbər verir ki, BRICS ittifaqı 2006-cı ildə yaradılıb və əvvəlcə Braziliya, Rusiya, Hindistan və Çini əhatə edib.

2010-cu ildə təşkilata Cənubi Afrika qoşulub və onun adı dəyişdirilərək BRICS olub.

2024-cü il yanvarın 1-dən Misir, İran, BƏƏ, Səudiyyə Ərəbistanı və Efiopiya assosiasiyaya qoşulub.