Neftçalada minik avtomobillərinin istehdalı azalıb, Hacıqabulda isə artıb

10:06 - 2.09.2024


2 sentyabr, Fineko/abc.az. Hacıqabuldakı minik avtomobillərinin sayı Neftçalanı xeyli üstələyib və istehsal sayında xeyli fərq yaranıb.

ABC.AZ-ın məlumatına görə, Hacıqabul Sənaye Parkındakı avtombil zavodu 2023- cü ildə ümumilikdə 3139 minik avtomobili istehsal edilməklə, ölkədəki ümumi istehsal həcmindəki payı 81 faizi ötüb.

Keçən Hacıqabuldakı avtomobil zavodu 1339 ədəd avtomobil istehsal etmişdi.

“Khazar” avtomobillərinin ilkin istehsal yeri Neftçala Avtomobil Zavodunda isə istehsalla bağlı geri sayım başlayıb. 2021-cü ilə qədər 2000 üzərində illik istehsal təhvil verən zavod 2022-ci il cəmi 682 və 2023-cü ildə 563 ədəd minik avtomobili istehsal edilib.

Hər iki zavodda istehsalı aparan “Azərmaş”dır.