15:20 - 30.08.2024
30 avqust, Fineko/abc.az. İyulda Avropa İttifaqında 14 min Çin elektrik avtomobili satılıb.
ABC.AZ xəbər verir ki, bu da cari ilin iyun ayı ilə müqayisədə demək olar ki, 40%, 2023-cü ilin iyul ayına nisbətən isə 9.7% azdır. Xüsusilə, SAIC-in MG brendinin satışları iyulda 38% azalıb,
Xatırladaq ki, Avropa Komissiyası iyul ayından etibarən Çindən gətirilən elektrik avtomobillərə rüsumu artırıb: BYD – 17.4%, Geely – 20%, SAIC – 38.1%. Digər Çin istehsalçıları üçün də rüsumlar artırılıb. Avqustun 14-də Çin Ümumdünya Ticarət Təşkilatında elektriklə işləyən avtomobillərin tarifləri ilə bağlı Avropa İttifaqına qarşı iddia qaldırıb.
Çin tərəfinin fikrincə, görülən tədbirlər 1994-cü il Tariflər və Ticarət üzrə Baş Sazişə, həmçinin ÜTT-nin subsidiyalar və kompensasiya tədbirləri haqqında müddəalarına uyğun gəlmir.
30 Sentyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026