10:08 - 20.08.2018
20 avqust, Fineko/abc.az. “Azəri Light” markalı neftin bir barelinin qiyməti 0,84 dollar (1,16%) yüksəlib.
Hazırda “Azəri Light” markalı xam neftin qiyməti bir barelə 73,45 dollar təşkil edir.
“Azəri Light” neftinin minimal qiyməti 2001-ci ilin dekabr ayında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyul ayında (149,66 dollar) qeydə alınmışdır.
“NYMEX” birjasında “WTI” markalı neftin sentyabr fyuçersinin qiyməti 17 avqust tarixli ticarətin nəticəsində 0,45 dollar (0,69%) yüksələrək bir barelə 65,91 dollar təşkil etmişdir.
“ICE” birjasında “Brent” markalı neftin oktyabr fyuçersinin qiyməti, 17 avqust tarixli ticarətin nəticəsində 0,4 dollar (0,56%) yüksələrək bir barelə 71,83 dollar təşkil etmişdir.
Neftin “Brent” və “WTI” markaları arasındakı qiymət fərqi 17 avqust tarixli ticarətin nəticəsində 5,92 dollar/barelə təşkil edir.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026