17:11 - 28.08.2024
28 avqust, Fineko/abc.az. 1 iyul 2024-cü il tarixinə Azərbaycanın xarici dövlət borcu 5 milyard 361,3 milyon ABŞ dolları təşkil edib.
ABC.AZ Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu dövrdə xarici dövlət borc portfelinin 2 milyard 176,687 milyon ABŞ dolları (40.6%-i) büdcə kəsirinin bağlanılması üzrə hökumət adından çıxış edən Maliyyə Nazirliyi tərəfindən, 3 milyard 184,612 milyon ABŞ dolları (59.4%-i) isə digər icraçı qurumlar tərəfindən həyata keçirilən proqram və layihələr üzrə cəlb edilmiş öhdəliklərin payına düşür.
1 iyul 2024-cü il tarixinə dövlət qurumlarının proqram və layihələri həyata keçirmək üçün cəlb etdiyi xarici borcun məbləği:
|
Dövlət Qurumları |
Xarici borcun məbləği Min ABŞ dolları |
|
“Azəravtoyol” |
1050814,8 |
|
“Dövlət Su Ehtiyatları Agentliyi” |
788111,1 |
|
"Azərbaycan Dəmir Yolları" |
729136,8 |
|
NMR Meliorasiya və Su Təsərrüfatı Agentliyi |
193006,8 |
|
Kənd Təsərrüfatı |
139393,8 |
|
Digər qurumlar |
284148,9 |
7 Sentyabr 2026
7 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026