Azərbaycanda ən çox xarici borc cəlb edən dövlət qurumları – SİYAHI

17:11 - 28.08.2024


28 avqust, Fineko/abc.az. 1 iyul 2024-cü il tarixinə Azərbaycanın xarici dövlət borcu 5 milyard 361,3 milyon ABŞ dolları təşkil edib.

ABC.AZ Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu dövrdə xarici dövlət borc portfelinin 2 milyard 176,687 milyon ABŞ dolları (40.6%-i) büdcə kəsirinin bağlanılması üzrə hökumət adından çıxış edən Maliyyə Nazirliyi tərəfindən, 3 milyard 184,612 milyon ABŞ dolları (59.4%-i) isə digər icraçı qurumlar tərəfindən həyata keçirilən proqram və layihələr üzrə cəlb edilmiş öhdəliklərin payına düşür.

1 iyul 2024-cü il tarixinə dövlət qurumlarının proqram və layihələri həyata keçirmək üçün cəlb etdiyi xarici borcun məbləği:

Dövlət Qurumları

Xarici borcun məbləği Min ABŞ dolları

“Azəravtoyol”

1050814,8

“Dövlət Su Ehtiyatları Agentliyi”

788111,1

"Azərbaycan Dəmir Yolları"

729136,8

NMR Meliorasiya və Su Təsərrüfatı Agentliyi

193006,8

Kənd Təsərrüfatı

139393,8

Digər qurumlar

284148,9