Almaniya iqtisadiyyatı ilin ikinci rübündə kiçilib

16:29 - 27.08.2024


27 avqust, Fineko/abc.az. Almaniya iqtisadiyyatının ilin ikinci rübünü əhatə edən yekun artım məlumatları açıqlanıb.

ABC.AZ xəbər verir ki, hesablamanı Almaniya Federal Statistika İdarəsi (Destatis) dərc edib.

Hesabata görə, Almaniya iqtisadiyyatı ilin ikinci rübündə investisiyaların əvvəlki rüblə müqayisədə azalması səbəbindən 0,1% azalıb.

Avropanın ən böyük iqtisadiyyatı olan Almaniya iqtisadiyyatı keçən ilin son rübündə 0,4%, cari ilin ilk rübündə isə 0,2% artıb.