16:11 - 27.08.2024
27 avqust, Fineko/abc.az. Alphabet-ə məxsus “Google” nəhəngi Dublində Məlumat Mərkəzinin tikintisinə icazə verilməyib.
ABC.AZ xəbər verir ki, İrlandiya hakimiyyəti mərkəzin inşası layihəsinin ölkənin bəzi davamlı inkişaf tələblərinə cavab vermədiyini hesab edir. Google, 72.400 kvadrat metrlik bir məlumat anbarı qurmağı planlaşdırırdı.
Cənubi Dublin dairəsi qraflığının Şurası, etdiyi şərhdə, Google'un Mərkəzinin 2027-ci ildə istismara verildikdən sonra enerji təchizatına necə təsir edəcəyi barədə kifayət qədər məlumat vermədiyini vurğuladı.
Dublində Google-un Avropa qərargahı və iki iş məlumat mərkəzi var. Daha əvvəl Google, 2030-cu ilə qədər öz karbonsuz enerji məlumat mərkəzlərini işə salmağı hədəflədiyini demişdi.
12 Avqust 2026