11:37 - 27.08.2024
27 avqust, Fineko/abc.az. SpaceX Crew Dragon gəmisinin göyərtəsindən tarixdə ilk dəfə kosmosa özəl çıxışı planlaşdırılan tarixi Polaris Dawn missiyasının uçuşu daha bir gün təxirə salınıb.
ABC.AZ xəbər verir ki, bunun səbəbi, start meydançasındakı şlanqlardan birində helium sızması olub.
"Komandalar helium sızıntısını yaxından araşdırırlar", - deyə SpaceX-dən bildiriblər.
Crew Dragon missiyası çərçivəsində Crew Dragon gəmisi ilə Falcon 9 raketinin buraxılması Floridadakı Kennedi Kosmik Mərkəzinin meydançasından baş tutacaq. Missiyanın başlanması üçün növbəti pəncərə avqustun 28-də yerli vaxtla saat 03:38-də (Bakı vaxtı ilə 11:38) açılacaq. Buraxılışı SpaceX veb saytında onlayn izləmək mümkün olacaq.
1 Oktyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
29 Sentyabr 2026
28 Sentyabr 2026