17:35 - 17.08.2018
17 avqust, Fineko/abc.az. “SOCAR Petroleum” QSC bu gün Bakıda CNG (Compressed Natural Gas) yanacaqdoldurma məntəqəsini istismara verdi.
Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) məlumatında, yeni stansiyanın Badamdar qəsəbəsində yerləşdiyi bildirir.
Beləliklə, “SOCAR” brendi altında fəaliyyət göstərən YDM-lərin sayı 27-yə çatdırıldı.
Stansiyada 5 yanacaqpaylayıcı kolonka quraşdırılmışdir ki, onlardan 2-si STQ satışını həyata keçirəcəkdir.
YDM-də STQ ilə yanaşı “Super”, “Premium”, A-92 (benzin) və dizel tipli yanacaq məhsullarının satışı reallaşdırılacaq.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026