Azərbaycan və Rusiya prezidentləri Xəzərdəki ekoloji vəziyyəti müzakirə ediblər

17:41 - 19.08.2024


19 avqust, Fineko/abc.az. Azərbaycan Prezidenti İlham Əliyev Vladimir Putinlə danışıqların yekunlarına dair mətbuata birgə bəyanatında Rusiyalı həmkarı ilə Xəzərdəki ekoloji vəziyyəti müzakirə etdiyini bildirib.

“Biz hər iki tərəfi narahat edən məsələ, yəni Xəzərdəki ekoloji vəziyyət, onun fəlakət dərəcəsində dayazlaşması barədə fikir mübadiləsi apardıq.  Mümkün ekoloji fəlakətin qarşısını almaq üçün həm ikitərəfli formatda, həm də beştərəfli formatda yolları təhlil etmək qərarına gəldik”, - deyə İ.Əliyev bildirib.

Prezident Əliyev V.Putinə və bütövlükdə Rusiya tərəfinə СОР29 iqlim konfransının keçirildiyi məkan kimi Azərbaycanın namizədliyini dəstəklədiyinə görə minnətdarlığını bildirib.

“Rusiyanın dəstəyi son dərəcə vacib idi və biz indi, o cümlədən ikitərəfli formatda bu iqlim konfransına hazırlıqla bağlı məsələlər üzərində işləyirik”, - Prezident İlham Əliyev əlavə edib.