16:21 - 19.08.2024
19 avqust, Fineko/abc.az. Vladimir Putin Azərbaycana səfərinin yekunları ilə bağlı mətbuata bəyanatla çıxış edərək bildirib ki, Bakıda Rusiya-Azərbaycan Universitetinin açılması fikri müzakirə olunur.
ABC.AZ xəbər verir ki, Putinin sözlərinə görə, Rusiya tərəfindən layihədə Sankt-Peterburq Dövlət Universiteti iştirak edə bilər.