14:42 - 19.08.2024
19 avqust, Fineko/abc.az. Qırğızıstanın “MBank” bankı Rusiya bankları vasitəsilə pul köçürmələrini dayandırıb.
ABC.AZ xəbər verir ki, bu barədə MBank saytında deyilir.
"Rusiya bankları, o cümlədən Sberbank, Tinkoff və MTS vasitəsilə pul köçürmələri hər iki istiqamətdə dayandırılıb. Bu xidmət qeyri-müəyyən müddətə müvəqqəti olaraq mövcud deyil", - məlumatda deyilir.
Eyni zamanda, bank daxil olan köçürmələrin rubl rekvizitləri ilə sanksiya altına düşməyən banklar vasitəsilə həyata keçiriləcəyini bildirir.
MBank Qırğızıstanın iri kommersiya banklarından biridir.
10 Sentyabr 2026
10 Sentyabr 2026
8 Sentyabr 2026
8 Sentyabr 2026
8 Sentyabr 2026
9 Sentyabr 2026