Qırğızıstanın “MBank” bankı Rusiya bankları vasitəsilə köçürmələri dayandırıb

14:42 - 19.08.2024


19 avqust, Fineko/abc.az. Qırğızıstanın “MBank” bankı Rusiya bankları vasitəsilə pul köçürmələrini dayandırıb.

ABC.AZ xəbər verir ki, bu barədə MBank saytında deyilir.

"Rusiya bankları, o cümlədən Sberbank, Tinkoff və MTS vasitəsilə pul köçürmələri hər iki istiqamətdə dayandırılıb. Bu xidmət qeyri-müəyyən müddətə müvəqqəti olaraq mövcud deyil", - məlumatda deyilir.

Eyni zamanda, bank daxil olan köçürmələrin rubl rekvizitləri ilə sanksiya altına düşməyən banklar vasitəsilə həyata keçiriləcəyini bildirir.

MBank Qırğızıstanın iri kommersiya banklarından biridir.