Bu ölkədə Atom Enerjisi Agentliyi yaradılacaq 

10:27 - 15.08.2024


15 avqust, Fineko/abc.az. Qana dekabr ayına qədər ilk nüvə stansiyasını qurmaq üçün şirkət seçəcək.

ABC.AZ xəbər verir ki, iddiaçılar arasında Rusiya, ABŞ, Çin və Fransa da var. 

"Bu, bir təchizatçı və ya iki ölkə ola bilər; bu, maliyyə modelindən və texniki detallardan asılı olacaq", - deyə nüvə və alternativ enerji üzrə məsul enerji direktorunun müavini Robert Soqbaci bildirib. 

Bununla bağlı Reuters xatırladır ki, Burkina Faso və Uqanda artıq Rusiya və Çin ilə ilk atom elektrik stansiyalarının inşası ilə bağlı müqavilələr imzalamışlar. Keniya, Mərakeş və Namibiya da enerji tarazlığına nüvə enerjisi əlavə etmək üçün çalışırlar.