15:41 - 12.08.2024
12 avqust, Fineko/abc.az. İndoneziya Prezidenti Coko Vidodo ölkənin yeni paytaxtı Nusantarada benzinlə işləyən avtomobillərin olmayacağını təsdiqləyib.
ABC.AZ xəbər verir ki, bu barədə Detik portalı məlumat verib.
"Paytaxt Nusantarda inkişaf edəcək İqtisadiyyat yaşıl iqtisadiyyatdır. <...> Görülən hər şey yaşıl olacaq", - deyə Coko Vidodo bildirib. "Elektrikli avtomobillər nəqliyyat vasitəsi kimi istifadə ediləcək. <...> Benzinlə işləyən daxili yanma mühərrikli avtomobillər Nusantarda həqiqətən qadağan ediləcək, çünki onun konsepsiyası yaşıl şəhərdir", - o əlavə edib.
İndoneziya Prezidenti Coko Vidodo 2019-cu ildə paytaxtın Cakartadan köçürülməsi ideyasını irəli sürmüşdü.
10 Avqust 2026
10 Avqust 2026
8 Avqust 2026
8 Avqust 2026