18:02 - 1.08.2024
1 avqust, Fineko/abc.az. Almaniyanın “Lufthansa Group” konserninə daxil olan aviaşirkətlər Yaxın Şərqdə vəziyyətin gərginləşməsinə görə avqustun 8-dək Tel-Əvivə uçuşları dayandırırlar.
ABC.AZ xəbər verir ki, şirkətlər həmçinin Beyruta uçuşların dayandırılmasını avqustun 12-dək uzadırlar.
"Mövcud vəziyyətlə əlaqədar “Lufthansa Group” növbəti dəfə Yaxın Şərqdəki fəaliyyətini tənzimləyir. Beyruta uçuşların ləğvi avqustun 12-dək bir həftəlik uzadılacaq", - deyə aviaşirkət qeyd edib. Tel-Əvivə bütün sərnişin və yük uçuşları 1 avqust günü axşamdan 8 avqusta qədər müvəqqəti olaraq dayandırılacaq", - deyə konserndən bildiriblər.
8 Avqust 2026
8 Avqust 2026