17:14 - 30.07.2024
30 iyul, Fineko/abc.az. “Kəpəz BOKT”, “City Finance BOKT” və BOKT “İnkişaf üçün Maliyyə” MMC-nin vəzifəli şəxsləri cərimələnib.
Mərkəzi Bankdan ABC.AZ-a verilən məlumata görə, Mərkəzi Bank tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinin, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulması səbəbilə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq “City Finance Bank olmayan kredit təşkilatı” MMC-nin vəzifəli şəxsi 1 500 (min beş yüz) manat məbləğində cərimə edilib.
Mərkəzi Bank tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinin, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulması səbəbilə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq “Kəpəz Bank olmayan kredit təşkilatı” MMC-nin vəzifəli şəxsi 6 000 (altı min) manat məbləğində cərimə edilib.
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
5 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026