14:42 - 29.07.2024
29 iyul, Fineko/abc.az. Cənubi Koreya ilə KXDR arasında mümkün genişmiqyaslı müharibə ili dünya iqtisadiyyatına 4 trilyon dollara başa gələ bilər.
ABC.AZ xəbər verir ki, Bloomberg-in hesablamalarına görə, bu, bütün dünyanın ümumi ÜDM-nin 3,9%-ni təşkil edir. Agentlik qeyd edir ki, bu gün belə bir müharibənin başlamasına “az ehtimal var”. Ukraynada davam edən qarşıdurmanın ziyanını ikiqat artıracaq maliyyə itkiləri ilə yanaşı, hipotetik müharibə milyonlarla insanın ölümünə səbəb olacaq. Təkcə KXDR-in artilleriya zonasında yerləşən Seul aqlomerasiyasında təxminən 26 milyon insan yaşayır (Cənubi Koreya əhalisinin yarısı).
8 Avqust 2026
8 Avqust 2026