16:15 - 26.07.2024
26 iyul, Fineko/abc.az. Avtomobil istehsalçısı “Toyota”, Yaponiyada Lexus elektrikli avtomobillər üçün batareyalar istehsal edən daha bir böyük müəssisə inşa edəcək.
ABC.AZ xəbər verir ki, zavodun Fukuoka prefekturasının cənub-qərbindəki Küsü adasında tikiləcəyi gözlənilir. Eyni zamanda, “Toyota”nın müəssisənin tikintisinə planlaşdırılan sərmayəsi hələ müəyyənləşdirilməyib.
Toyota, 2030-ci ildən sonra ildə 3,5 milyon elektrikli avtomobil satmağı planlaşdırır, bunun yarısından bir qədər azı BEV Factory tərəfindən istehsal ediləcək. 2023-cü ildə “Toyota” təxminən 104.000 elektrikli avtomobil satmışdı.
8 Avqust 2026
8 Avqust 2026