G7, Rusiyanın gəlirləri hesabına Ukraynaya kredit vermək qərarını razılaşdıracaq tarixi açıqlayıb

11:03 - 26.07.2024


26 iyul, Fineko/abc.az. G7 ölkələrinin Rusiyanın aktivlərindən əldə olunan gəlirlər hesabına Ukraynaya 50 milyard dollar kredit verilməsi ilə bağlı sazişi oktyabr ayında razılaşdırılacaq, iqtisadiyyat üzrə Avropa komissarı Paolo Gentiloni bildirib.

ABC.AZ xəbər verir ki, onun sözlərinə görə, kreditin texniki və hüquqi aspektləri üzrə artıq yaxşı irəliləyiş əldə olunub.

May ayında Avropa Birliyi Rusiya Federasiyasının bloklanmış aktivlərindən əldə olunan gəlirin böyük hissəsinin Ukraynaya dəstək üçün istifadəsini təsdiqlədi. Mənfəətin 90%-nin Avropa sülh Fondu vasitəsilə ayrılması, daha 10%-nin Kiyevə uzunmüddətli yardım proqramı çərçivəsində paylanması üçün AB büdcəsinə göndərilməsi planlaşdırılır. Financial Times-ın məlumatına görə, Aİ Rusiyanın dövlət aktivlərinə qarşı sanksiyaların müddətsiz uzadılmasını nəzərdən keçirir.