12:28 - 25.07.2024
25 iyul, Fineko/abc.az. “Tesla” şirkətinin sahibi İlon Mask Meksikanın şimalında elektromobil zavodu tikmək planlarını noyabrda ABŞ-də keçiriləcək prezident seçkilərinin yekun nəticələrinə qədər dayandırdığını elan edib.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, prezidentliyə namizəd Donald Trampın Meksikada istehsal olunan avtomobillərə böyük rüsumlar tətbiq etmək vədi Maskın bu zavodu tikmək və milyardlarla dollar investisiya yatırmaq planlarını tamamilə dayandıra bilər.
Meksikanın şimal-şərqindəki Santa-Katarina əyalətinin Nuevo Leon şəhərində zavodun tikintisi ilə bağlı razılaşmalar şübhə altında qalsa da, bölgəni bürüyən quraqlıq və infrastrukturun olmaması nəzərə alınmaqla, Mask yerli sakinlərin işlə təmin olunmasına çalışır. Onun bu səyləri Meksika Prezidenti Andres Manuel Lopez Obrador tərəfindən alqışlanıb. Bununla belə, Trampın Çin və Meksika mallarına 100 faizlik gömrük rüsumu tətbiq ediləcəyi vədini nəzərə alsaq, nəzərdə tutulan zavodun tikintisi potensial olaraq həyata keçməyə bilər.
10 Avqust 2026
10 Avqust 2026
8 Avqust 2026