11:15 - 24.07.2024
24 iyul, Fineko/abc.az. İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) ümumilikdə 6 yeni telekommunikasiya operator və provayderini uçota alıb.
İKTA-dan ABC.AZ-a daxil olan məlumata görə, “Aznet technologies” QSC, “Alnet”, “Profib”, “Volt internet”, “Sfera net” və “Caspian İT services” MMC-lərin müraciəti əsasında onların uçota alınması həyata keçirilib.
Həmçinin “Proksi fiber” və “Avirtel” MMC-lərin müraciətləri əsasında operator və internet provayder kimi fəaliyyətlərini dayandırmaları səbəbindən uçotları ləğv edilib. Bununla da uçota alınan telekommunikasiya operator və provayderlərinin sayı 163-ə çatıb.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026