15:10 - 23.07.2024
23 iyul, Fineko/abc.az. “Toyota Motor” avtomobil korporasiyası maliyyə tərəfdaşları ilə strateji payların azaldılması proqramı çərçivəsində böyük Yaponiya bankları və sığortaçılarından öz səhmlərini 806.8 milyard yen (5.2 milyard dollar) qarşılığında geri alacaq.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, “Toyota” səhmləri “Mitsubishi UFJ Financial Group”, “Sumitomo Mitsui Financial Group”, “Tokio Marine Holdings” və “MS&AD Insurance Group Holdings” tərəfindən satılır.
Qiymət bir səhm üçün 2781 yen (təxminən 18 dollar) təşkil edir ki, bu da 23 iyul çərşənbə axşamı ticarətin bağlanış qiymətinə 11% endirim deməkdir – 3109 yen (təxminən 20 dollar, +0.61%). Bildirilir ki, banklar və sığortaçılar bir neçə ildir ki, paylarını azaldırlar.
8 Avqust 2026
8 Avqust 2026