Altı ayda banklar tərəfindən 124.1 milyon manat mənfəət vergisi ödənilib

11:18 - 23.07.2024


23 iyul, Fineko/abc.az. 2024-cü ilin yanvar–iyun ayında Azərbaycan bankları tərəfindən 614 mln. manat xalis mənfəət, 875.5 mln. manat məbləğində əməliyyat mənfəəti generasiya edilib.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, halbuki, keçən ilin müvafiq dövründə banklar 563.3 mln. manat xalis mənfəət, 772.3 mln. manat əməliyyat mənfəəti etmişdilər.

Cari ilin 6 ayında banklar tərəfindən ümumilikdə 124.1 mln. manat məbləğində mənfəət vergisi ödənilib.

Bankların ümumilikdə gəlirləri 2 mlrd. 762.7 mln. manat təşkil edib. Öncəki ilin müvafiq dövründəki ümumi gəlirlər 2 mlrd. 267.2 mln. manat idi.