17:07 - 17.07.2024
17 iyul, Fineko/abc.az. Hacıqabul Sənaye Parkında fəaliyyət göstərən “Brake systems Azerbaijan” MMC bu ilin sonuna kimi yük maşınları və avtobuslar üçün əyləc bəndləri və diskli əyləc sistemləri üçün barabanların istehsalına başlayacaq.
ABC.AZ xəbər verir ki, bunu MMC-nin direktoru Mehman Ağayev deyib.
M.Ağayevin sözlərinə görə, keçən ilin sonlarından fəaliyyətə başlayan müəssisə artıq 2 aya yaxındır ki, məhsullarını pərakəndə satışa da çıxarır. Zavod hazırda 200-dən çox model üçün məhsul təklif edir.
“Brake systems Azerbaijan” ən son olaraq “Nissan” avtomobil modelləri üçün əyləc bəndlərinin istehsalına başlayıb.
Direktor əlavə edib ki, artıq Qazaxıstana məhsul ixracı üçün sifarişləri qəbul ediblər. Yaxın vaxtlarda ilk ixracın həyata keçirilməsi nəzərdə tutulur:
“Bununla yanaşı, Gürcüstana ixrac üçün sifariş alma mərhələsindəyik. İraq və Küveyt də məhsullarımızı almaq istəyir. Logistika məsələlərini həll edə bilsək, oraya da məhsul göndərməyə hazırıq”.
(Azərbaycan iqtisadiyyatı, Teleqram kanalı)
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
8 Avqust 2026
8 Avqust 2026