10:26 - 16.07.2024
16 iyul, Fineko/abc.az. 2024-cü ilin yanvar-iyun aylarında Azərbaycanda 2 032 ədəd minik avtomobili istehsal edilib.
ABC.AZ Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə minik avtomobili istehsalı 288 ədəd və ya 16,5% artıb.
2023-cü ilin yanvar-iyun aylarında bu göstərici 1 744 ədəd təşkil edib. 2024-cü ilin 1 iyul tarixinə hazır məhsul ehtiyatı 516 ədəd təşkil edib.
Bu göstərici də keçən ilin müvafiq dövrü ilə müqyaisədə 154 ədəd yaxud 23% azalıb. 2023-cü ilin 1 iyul tarixinə hazır məhsul ehtiyatı 670 ədəd olub.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026