Altı ayda əməliyyat mənfəəti 4 milyon 295 min manat artan Bank - Hesabat

14:51 - 15.07.2024


15 iyul, Fineko/abc.az. "Rabitəbank" ASC 2024-cü ilin 1-ci yarısını (yanvar-iyun) 10 milyon 596 min manat xalis mənfəət ilə başa vurub.

ABC.AZ xəbər verir ki, Bank ötən ilin eyni dövrünü 10 milyon 382 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə,"Rabitəbank"ın xalis mənfəəti 2024-cü ilin ilk 6 ayında 2023-cü ilin eyni dövrü ilə müqayisədə 214 min manat və ya 2,1% artıb.

Hesabat dövründə "Rabitəbank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 16 milyon 81 min manat və ya 25 % artaraq 80 milyon 381 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 11 milyon 786 min manat və ya 22 % artaraq 65 milyon 199 min manat təşkil edib. Gəlirlər xərclərdən daha çox artdığı üçün Bankın əməliyyat mənfəəti 4 milyon 295 min manat artaraq 15 milyon 182 min manata yüksəlib (2023-cü ilin ilk 6 ayında 10 milyon 887 min manat).

Həmçinin, ilk 6 ayda Bank əməliyyat mənfəətindən 4 milyon 586 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırıb. 2023-cü ilin eyni dövründə "Rabitəbank" əməliyyat mənfəətindən 506 min manat ehtiyata ayırmışdı.

Məfəət və zərər haqqında hesabat
    min manatla
    30.06.2024 30.06.2023
1 Faiz gəlirləri: 54 127 42 105
1,1 Müştərilərə verilmiş kreditlər 46 936 37 153
1,2 Banklar və digər maliyyə institutlarına verilən kreditlər üzrə faiz gəlirləri 563 362
1,3 Banklar və digər maliyyə institutlarındakı depozitlər üzrə faiz gəlirləri 2 309 1 486
1,4 Ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri 4 257 3 085
1,5 Digər faiz gəlirləri 62 19
2 Faiz xərcləri: 21 440 13 512
2,1 Depozitlər üzrə faizlər 15 249 7 344
2,2 Mərkəzi bank və dövlət fondları qarşısında öhdəliklər üzrə faiz xərcləri 1 1
2,3 Cəlb edilmiş kreditlərə görə ödənilən faizlər 1 095 1 279
2,4 Pul bazarı alətlərinə ödənilən faizlər 0 116
2,5 Qiymətli kağızlar üzrə faizlər 0 0
2,6 Digər faiz xərcləri 5 095 4 772
3 Xalis faiz gəliri(zərəri) 32 687 28 593
4 Qeyri-faiz gəlirləri: 26 254 22 195
4,1 Alınan haqq və kommisiya gəliri 19 382 17 148
4,2 Xarici valyutadan gəlir/zərər (məzənnə dəyişməsi daxil olmaqla 2 126 1 821
4,3 Qiymətli kağızların satışından və yenidən qiymətləndirilməsindən gəlir/zərər 15 8
4,4 Digər gəlirlər 4 731 3 218
5 Qeyri-faiz xərcləri: 43 759 39 901
5,1 Əmək haqqı və digər kompensiya növləri üzrə xərclər 13 979 11 971
5,2 Ümumi və inzibati xərclər 21 046 19 634
5,3 Amortizasiya xərcləri 4 042 3 594
5,4 Digər xərclər 4 692 4 702
6 (Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlar) 4 586 506
7 Mənfəət vergisindən əvvəlki mənfəət(zərər) 10 596 10 382
8 Mənfəət vergisi 0 0
9 Dövr üzrə xalis mənfəət 10 596 10 382

Müəllif: Elmir Murad