14:01 - 11.07.2024
11 iyul, Fineko/abc.az. Laçında yerləşən Həkəri Balıqçılıq Təsərrüfatında müxtəlif növdə 100 mindən çox balıq yetişdirilir.
Onların suyu xüsusi qaydada emal edilmiş hovuzun içərisindəki kiçik sektorlarda saxlanılır və əvvəlcədən müəyyən olunmuş rejim üzrə qidalanır.
Balıqların saxlanıldığı hovuzun suyu da vaxtlı-vaxtında dəyişdirilir.
ABC.AZ xəbər verir ki, bunları yerli mətbuata təsərrüfatın direktoru Fariz Şirinov rəhbərlik etdiyi müəssisənin gələcək planlarından danışır:
“Hazırda burada 100 mindən çox balıq var. Məqsədimiz balıqları böyüdüb satışını həyata keçirməkdir. Balıq ətindən əlavə növbəti illərdə kürü istehsalı da nəzərdə tutulur. İndiki mərhələdə balıqların təkcə Laçında satışını təşkil etmişik, gələcəkdə isə onların Azərbaycanın digər bölgələrinə və Avropa bazarlarına çıxarılması nəzərdə tutulur. Burada daha bir məsələ sakinlərin işlə təminatı ilə bağlıdır. Hazırda bu təsərrüfatda 31 nəfər Laçın sakini çalışır, onların 11 nəfəri daimi sakindir”.
Fariz Şirinov onu da bildirir ki, yaxın gələcəkdə əməkdaşların sayının 60-a çatdırılması planlaşdırılır.
29 İyul 2026
27 İyul 2026