16:40 - 4.07.2024
4 iyul, Fineko/abc.az. “Silk Way Holding”ə daxil olan aviaşirkət “Silk Vey Vest” MMC-nin gəlirləri 2023-cü ildə kəskin düşməsi onun xalis mənfəətinə mühüm təsiri olub.
ABC.AZ xəbər verir ki, bu barədə konsolidasiya edilmiş maliyyə hesabatında bildirilir.
Aviaşirkətin gəlirləri 2022-ci ildə 3 milyard 225 milyon manat olduğu halda, 2023-cü ildə bu rəqəm 1 milyard 913 milyon manata düşüb. Bu da illik müqayisədə son ildə gəlirlərin 1 mlrd. 312 mln. manat və ya 41 faiz azalması deməkdir.
Şirkətin ümumin əməliyyat xərcləri hesabat müddətində 1,726 mln. manat olub ki, illik xərclərin 14 faiz azalması deməkdir.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026