12:21 - 13.08.2018
13 avqust, Fineko/abc.az. “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşlarının etik davranış Qaydaları”nın tətbiqi ilə əlaqədar "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin inzibati binasında qurumun əməkdaşlarına maarifləndirici interaktiv təlimlər keçirilib. Təlimlərdə məqsəd peşəkarlığın artırılması, xidməti vəzifənin qərəzsiz icrası, vətəndaşlarla düzgün ünsiyyət və münasibətlərdə şəffaflığın qorunub saxlanması prinsiplərinə əməl edilməsidir. Təlimlərdə iştirakçılara nazirlik əməkdaşlarının etik davranış qaydalarının əsasları və prinsipləri izah olunub.
İlk təlimə “Aqrolizinq”in Yevlax regional nümayəndəliyinin, Goranboy, Ağdaş, Ucar və Göyçay rayon bölmələrinin əməkdaşları cəlb edilib. “Aqrolizinq”in bütün əməkdaşları mərhələli şəkildə bu təlimlərə cəlb olunacaq.
16 Sentyabr 2026
16 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026