15:17 - 1.07.2024
1 iyul, Fineko/abc.az. “Amazon” yaxın onillikdə məlumat mərkəzi infrastrukturuna 100 milyard dollardan çox sərmayə qoymağı planlaşdırır, “The Wall Street Journal” məlumat mənbəyinə istinad etmədən yazır. Qəzetə görə, şirkət indi bulud hesablamalarına və AI infrastrukturuna daha çox sərmayə qoyacaq, çünki bu, “Amazon”un inkişafı üçün daha vacibdir.
“Amazon Web Service”nin (“Amazon”un bulud biznesini idarə edən bölmə) maliyyə direktoru Con Feltona görə, indi süni intellektə sərmayə qoymaq keçmiş illərdə nəhəng çatdırılma şəbəkəsinin qurulmasına bənzəyir. “Amazon” yaxın bir neçə il ərzində ən azı 216 yeni məlumat mərkəzi binası açmağı planlaşdırır.
2024-cü ilin birinci rübünün nəticələrinə dair hesabatda “Amazon”un baş direktoru Endi Jassinin proqnozu yer alıb ki, nəticəyə əsasən, bu il AWS-dən əldə olunan gəlir rekord həddə – 100 milyard dollara çata bilər.
12 Avqust 2026