11:10 - 28.06.2024
28 iyun, Fineko/abc.az. Amerikanın “Nike” şirkətinin səhmləri şirkətin cari hesabat dövrü üçün bədbin satış proqnozları fonunda genişləndirilmiş sessiya zamanı 12,37% ucuzlaşıb.
ABC.AZ xəbər verir ki, beləliklə, “Nike”, ilk maliyyə rübündə satışların 10% düşə biləcəyini təxmin edir, analitiklər isə orta hesabla 3,2% azalma gözləyirlər.
Mayın 31-də başa çatan dördüncü rübdə şirkətin xalis gəliri 1,5 milyard dollar və ya səhm başına 99 sent, bir il əvvəl isə 1,03 milyard dollar və ya səhm başına 66 sent idi.
Bu arada gəlir 2% azalaraq 12,61 milyard dollar təşkil edib.
4 Avqust 2026
4 Avqust 2026