Cari ildə bank sektorunun mənfəəti 520 mln. manata çatıb

11:36 - 27.06.2024


27 iyun, Fineko/abc.az. 2024-cü ilin yanvar – may ayında banklar tərəfindən 519.7 mln. manat xalis mənfəət, 732.6 mln. manat məbləğində əməliyyat mənfəəti generasiya edilib.

ABC.AZ bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Qeyd olunur ki, cari ilin 5 ayında banklar tərəfindən ümumilikdə 107.4 mln. manat məbləğində mənfəət vergisi ödənilmişdir.