11:45 - 25.06.2024
25 iyun, Fineko/abc.az. Azərbaycanda taksi fəaliyyəti üçün icazə ( “Buraxılış vəsiqəsi” və “Buraxılış kartı”) alan sürücülərin sayı 7 mini keçib.
ABC.AZ Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) istinadən xəbər verir ki, təlim keçən sürücülərin sayı isə 24 mini keçib.
Xatırladaq ki, bu il martın 28-də Nazirlər Kabineti “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”i təsdiqləyib. Tələbə əsasən, sürücülər taksi fəaliyyəti üçün icazə ( “Buraxılış vəsiqəsi” və “Buraxılış kartı”) almalıdır.
21 Avqust 2026
21 Avqust 2026