11:08 - 12.06.2024
12 iyun, Fineko/abc.az. 11 iyun 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "AccessBank” QSC-nin buraxılış həcmi 2,500,000 (iki milyon beş yüz min) ABŞ dolları olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.
ABC.AZ Fonda istinadla xəbər verir ki, qeyd olunan istiqrazların yerləşdirilməsi rəqabətli hərrac üsulu ilə həyata keçiriləcək.
Qeyd edilir ki, dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2006004280,faizli, təmin edilməmiş sənədsiz adlı istiqrazların sayı 2500 ədəd, hər birinin nominal dəyəri 1000 ABŞ dolları, illik gəlirlilik faizi 6%, tədavül müddəti 18 aydır.
Ödəmə Periodu: Hər 3 ayda bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) olacaqdır.
Yerləşdirmə üzrə anderrayter “Unicapital İ.Ş” ASC-dir.
Ticarətə buraxılma tarixi: 14.06.2024
21 Avqust 2026
21 Avqust 2026