Azərbaycanın cari əməliyyatlar hesabı 2028-ci ilə kimi profisitli olacaq - Proqnoz

14:17 - 10.06.2024


10 iyun, Fineko/abc.az. Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar hesabı (CƏH) 2028-ci ilə kimi profisitli olacaq.

ABC.AZ xəbər verir ki, bu barədə “S&P Global Ratings” beynəlxalq kredit reytinq agentliyinin Azərbaycanın suveren kredit reytinqlərinin təsdiqi ilə bağlı hesabatında bildirilib.

S&P-nin proqnozuna görə, bu il CƏH profisiti ÜDM-in 10.3%-ni, 2025-ci ildə 6.9%-ni, 2026-cı ildə 5.7%-ni, 2027-ci ildə isə 4.6%-ni təşkil edəcək.

Reytinq agentliyi həmçinin, ticarət balansının ÜDM-ə nisbətini bu il üzrə 17%, 2025-ci il üzrə 14.3%, 2026-cı il üzrə 13.2%, 2027-ci ildə isə 12.2% proqnozlaşdırıb.