15:40 - 4.06.2024
4 iyun, Fineko/abc.az. Beynəlxalq Elmi Ay Stansiyasının (BEAS) tikintisi 2036-cı ilə qədər başa çatmalıdır.
ABC.AZ xəbər verir ki, bu barədə “Roskosmos”un beynəlxalq əməkdaşlıq üzrə baş direktoru Sergey Savelyev bildirib.
O qeyd edib ki, Ay stansiyasında Yerin təbii peykinin öyrənilməsi və istifadəsi ilə bağlı çoxsahəli elmi-tədqiqat işləri aparılacaq.
Rusiya və Çin 2021-ci ilin yazında BEAS yaradılması sahəsində anlaşma və əməkdaşlıq memorandumu imzaladılar. Layihənin icrası çərçivəsində Çinin "Chang'e-7" və "Chang'e-8" zondları Aya göndəriləcək. Bu missiyalar zamanı tərəflər gələcəkdə uzaqdan idarə oluna biləcək bir sıra tədqiqat vasitələrinin inşasına başlamaq üçün əsas texnologiyaları sınayacaqlar.
Ötən ilin yayında Çin Venesuela ilə birgə BEAS bəyannaməsini imzalamışdı. Bu ilin yazına qədər Azərbaycan, Belarus, BƏƏ, Pakistan, Cənubi Afrika Respublikası, Türkiyə, Kosmik Əməkdaşlıq üzrə Asiya-Sakit Okean Təşkilatı və İsveçrənin Nano-SPACE firması da layihədə iştirak etməyə razılıq veriblər. Savelyevin sözlərinə görə, BEAS yaradılmasında 12 ölkə iştirak edir.
13 Avqust 2026
12 Avqust 2026
13 Avqust 2026