Taksi işləmək istəyənlərin sayı 3000-i keçdi

16:49 - 31.05.2024


31 may, Fineko/abc.az. Azərbaycanda taksi fəaliyyəti üçün icazə (“Buraxılış vəsiqəsi” və “Buraxılış kartı”) alan sürücülərin sayı 3 000-i ötüb.

ABC.AZ xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) istinadən xəbər verir.

"Təlimlərə qoşulan taksi sürücülərinin sayında da dinamik artım müşahidə olunur", - deyə agentlik bəyan edib.