14:02 - 31.05.2024
31 may, Fineko/abc.az. Azərbaycan İndoneziyadan 3000 avtobus almağı planlaşdırır.
ABC.AZ xəbər verir ki, bunu İndoneziya Xalq Məşvərət Şurasının spikeri Bambang Soesatyo Azərbaycan səfiri Cəlal Mirzəyev ilə görüşündə deyib.
O bildirib ki, 1992-ci il sentyabrın 24-də diplomatik münasibətlər qurulandan bəri siyasət, ticarət, sosial, mədəniyyət və təhsil sahələrində əməkdaşlıq həyata keçirilib.
Xalq Məşvərət Şurasının spikeri qeyd edib ki, bu yaxınlarda Azərbaycan tərəfi ölkədə nəqliyyat vasitəsi kimi istifadə edilmək üçün “PT Powerspark” Koreya-İndoneziya şirkətindən 3000 avtobus almağı planlaşdırır:
“Mən “PT Powerspark” Koreya-İndoneziya ilə Azərbaycan hökuməti arasında elektrik avtobuslarının alınması üzrə əməkdaşlıq planını dəstəkləyirəm”, – o deyib.
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026