Türkiyə parlamenti Rusiya ilə avtomobil əlaqəsi haqqında Sazişi ratifikasiya edib

12:29 - 31.05.2024


31 may, Fineko/abc.az. Türkiyə parlamenti cümə axşamı Rusiya ilə beynəlxalq avtomobil əlaqəsi haqqında Sazişi təsdiqləyib.

ABC.AZ xəbər verir ki, məlumata görə, hökumətlərarası sənəd 2020-ci ilin noyabr ayında imzalanıb.

Saziş, 1988-ci ildə SSRİ ilə Türkiyə Respublikası arasında imzalanan Avtomobil nəqliyyatı sahəsində iki ölkə arasındakı müqavilə və hüquqi bazanı yeniləyib. Sənədin imzalanmasında qeyd edildiyi kimi, onun müddəaları beynəlxalq tərəfdaşlıq prinsiplərinə uyğundur və iki ölkə arasında sərnişin və yük daşımalarının əhəmiyyətli dərəcədə artmasına kömək edəcək.