16:16 - 24.05.2024
24 may, Fineko/abc.az. Azərbaycanda kvotadan əlavə iş yerlərinin açılması nəzərdə tutulur.
ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli Milli Məclisin Əmək və sosial siyasət komitəsinin mayın 24-də keçirilən iclasında deyib.
Onun sözlərinə görə, bununla bağlı layihə hazırlanaraq aidiyyəti üzrə göndərilib, razılaşma mərhələsindədir.
M.Abbasbəyli vurğulayıb ki, hazırda hökumətdə müzakirə olunan üç aktiv layihə var:
“Bunlar məqsədli proqrmalar, sosial müəssisələrin yaradılması və kvotadan əlavə iş yerləridir. Hər üç layihə bütün mərhələlərdən keçib, Administrasiyada yekun müzakirə mərhələsindədir. İnanırıq ki, yaxın vaxtlarda sizin müzakirənizə təqdim olunacaq”.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026