11:57 - 24.05.2024
24 may, Fineko/abc.az. Azərbaycan 2024-cü ilin birinci rübündə xaricə azot gübrəsinin ixracını yenidən artırıb.
ABC.AZ xəbər verir ki, ölkədən xaricə 141.89 min tonluq mneral və ya kimyəvi azot gübrələri ixrac edib.
Bu ixracın dəyəri $26.94 milyon təşkil edib. 2023-cü ilin eyni dövründə bu gübrələrin ixrac həcmi 93.62 min ton və ya $27.39 mln. idi.
Göründüyü kimi ixracın həcmi 51 faiz artsa da, dəyəri 1.6 faiz düşüb. Buna səbəb qiymətlərdir. Ötən il ixrac edilən azot gübrəsinin bir tonu 293 dollar idi. Bu rəqəm cari ildə təqribən 190 dollardır. Göründüyü kimi ixracda hər tonda 103 dollar cari ildə daha ucuz ixrac edir. Bu da ölkənin ümumilikdə ixrac gəlirlərinin 14.61 mln. dollar azalmasına səbəb olub.
29 İyul 2026
29 İyul 2026
27 İyul 2026