2050-ci ilə qədər “təmiz sıfır” proqramı artıq 19% bahalaşıb

16:04 - 22.05.2024


22 may, Fineko/abc.az. İqlim hədəfləri reallıqdan daha da uzaqlaşır: 2050-ci ilə qədər "təmiz sıfır" proqramı artıq 19% bahalaşıb.

ABC.AZ xəbər verir ki, 250 milyon məlumat məntəqəsi toplayan New Energy Outlook (BloombergNEF) yeni 18 səhifəlik hesabatında, 2050-ci ilə qədər "təmiz sıfır"a keçidin əsas ssenaridə gözləniləndən 19% daha yüksək olacağı proqnozlaşdırılıb.

Tədqiqatın nəticələri göstərir ki, elektrikli avtomobillərdən və bərpa olunan enerji mənbələri, habelə elektrik şəbəkələri və karbon qazının toplanması sektorlarının əlavə dəstəyə ehtiyacı var.