Mərkəzi Bank hesabat açıqladı - Xalis mənfəəti artıb

10:32 - 22.05.2024


22 may Fineko/abc.az   Mərkəzi Bankının (AMB) 2023-cü ili 349.113 milyon manat xalis mənfəətlə başa vurub. Belə ki, əvvəlki il zərərlə nəticələnmişdir.

ABC.AZ xəbər verir ki, bu barədə 2023-cü ilə dair konsolidasiya olunmuş maliyyə hesabatlarında qeyd edilib.

Hesabata əsasən cari ilin yanvar ayının 1-nə AMB-nin aktivləri 34 milyard 793.463 milyon manat təşkil edib. Bu, ötən ilin analoji dövrünün göstəricisindən 12.74 % yüksəkdir.

AMB-nin aktivlərinin 27 milyard 46.827 milyon manatını borc qiymətli kağızları (illik müqayisədə 22.8 % çox), 5 milyard 629.471 milyon manatını pul vəsaitləri və onların ekvivalentləri (14.5 % az) təşkil edib. Bu dövrdə Beynəlxalq Valyuta Fondu (BVF) ilə hesablaşmalar cüzi artaraq 1 milyard 208.132 milyon manata, banklara verilmiş kreditlərin balans dəyəri isə 74.8 % azalaraq 72.951 milyon manata çatıb.

2023-cü ildə AMB-nin öhdəlikləri 11.2 % artaraq 33 milyard 239.248 milyon manat təşkil edib.