11:29 - 15.05.2024
15 may, Fineko/abc.az. “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs Xocavənd rayonu, Hadrut qəsəbəsinin və Tuğ kəndinin sahədaxili mühəndis kommunikasiyaları sistemləri (su, kanalizasiya və qaz xətləri), daxili yol və səkilərin tikinti-quraşdırma işləri üçün tender elan edir.
Tenderdə iştirak haqqı 2364 manatdır.
ABC.AZ etender.gov.az veb saytına istinadən xəbər verir ki, iddiaçılar təkliflərini 03.06.2024 12:00 qədər təqdim edə bilərlər.
Əlaqələndirici şəxs Yusif İbrahimli, [email protected]
30 İyul 2026
29 İyul 2026