Almaniyanın KfW bankı ilk blokçeyn əsaslı rəqəmsal istiqrazını buraxmağı planlaşdırır

16:39 - 7.05.2024


7 may, Fineko/abc.az. Almaniyanın dövlət İnkişaf Bankı Kreditanstalt fuer Wiederaufbau (KfW) ilk rəqəmsal istiqrazını kriptovalyuta qiymətli kağızları şəklində blokçeyn əsasında buraxmağı planlaşdırır.

ABC.AZ xəbər verir ki, KfW daha öncə eWpG kimi tanınan Almaniyanın elektron Qiymətli kağızlar Qanununa əsasən qiymətli kağızlar şəklində ilk rəqəmsal istiqrazı buraxmışdı.

Bank nümayəndəsi Tim Armbruster deyib: “Hazırda mümkün qədər çox investor cəlb etmək istədiyimiz blokçeyn əsaslı istiqrazlar buraxaraq növbəti böyük addımı atırıq”.