14:19 - 7.05.2024
7 may, Fineko/abc.az. Bu ilin aprel ayında Heydər Əliyev Beynəlxalq Aeroportu 570 minə yaxın sərnişinə xidmət göstərilib.
ABC.AZ xəbər verir ki, "Heydər Əliyev Beynəlxalq Aeroportuna istinadən xəbər verir ki, bu isə 379 min sərnişinin daşındığı ötən ilin müvafiq dövrü ilə müqayisədə 50 % çoxdur.
Bildirilib ki, beynəlxalq istiqamətlər üzrə sərnişin daşımalarının 54,3 % xarici aviaşirkətlərin, qalan hissəsi isə milli aviadaşıyıcının payına düşüb. Xarici aviaşirkətlər 280 mindən çox, milli aviadaşıyıcı isə 236 min sərnişinə xidmət göstərib.
Naxçıvan istiqamətində bu ilin aprel ayında daşınan sərnişinlərin sayı 30 % artaraq - 52,7 min nəfər təşkil edib. 2023 və 2024-cü ilin aprel ayının göstəricilərini müqayisə etdikdə bu marşrut üzrə reyslərin sayı 152-dən 266-yə yüksəlib. Bununla yanaşı, tranzit sərnişinlərin sayında da artım müşahidə olunub. Ötən ilin aprel ayı ilə müqayisədə tranzit sərnişinlərin sayı 85 % artaraq 28 min nəfər təşkil edib.
12 Avqust 2026
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026