10:01 - 7.05.2024
7 may, Fineko/abc.az. 7 may 2024-cü il, Bakı – Azərbaycanın milli aviadaşıyıcısı AZAL 7–23 may 2024-cü il tarixlərində Bakı və Dubay arasında olan uçuşlara xüsusi təklif təqdim edir.
ABC.AZ "Azərbaycan Hava Yolları" (AZAL) QSC-yə istinadən xəbər verir ki, təklif yüksək tələbat dövrü istisna olmaqla aviaşirkətin 3 iyun–5 sentyabr 2024-cü il tarixlərində həyata keçirəcəyi reyslərinə şamil olunur.
Bakıdan Dubaya aviabiletlərin qiyməti
Bir tərəfə:
* Gecə reysləri – 88 avrodan
* Səhər reysləri – 108 avrodan
Gediş-dönüş:
* Gecə reysləri – 168 avrodan
* Səhər reysləri – 208 avrodan
Dubaydan Bakıya aviabiletlərin qiyməti
Bir tərəfə:
* Gecə reysləri – 348 dirhəmdən
* Səhər reysləri – 428 dirhəmdən
Gediş-dönüş:
* Gecə reysləri – 666 dirhəmdən
* Səhər reysləri – 828 dirhəmdən
Qeyd edək ki, biletlərin qiymətinə baqaj daxil deyil, lakin 10 kq-a qədər əl yükünün daşınmasına icazə verilir.
12 Avqust 2026
12 Avqust 2026
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026